Xəbərlər
Şəki şəhərinə yaddaqalan səfər

Ağstafa rayonunun Həsənsu kənd tam orta məktəbinin kollektivi Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və ecazkar təbiəti ilə seçilən Şəki şəhərinə yaddaqalan səfər etdilər.
Səfər iştirakçıları bu gözəl gəzintidən böyük məmnunluq duyduqlarını bildirərək, onlara yaradılan şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə , ETİHİ Ağstafa Rayon Komitəsi nə dərin minnətdarlıqlarını ifadə etdilər. Qeyd olundu ki, bu cür səfərlər müəllimlərin istirahətinin səmərəli təşkilinə, mənəvi rahatlığının təmin olunmasına, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Kollektiv belə sosialyönümlü layihələrin həyata keçirilməsinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Ağstafa Rayon Komitəsinə təşəkkür edərək, bu ənənənin gələcək illərdə də davam etdirilməsini arzulamışdır





