“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəki və Qaxa kollektiv gəzinti

03/07/2026, 10:17
xeber1

Ağdam rayonu Birinci Yüzbaşılı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi məzuniyyətin ilk günlərini yaddaqalan ekskursiya ilə qeyd edib. Kollektiv Şəki və Qax rayonları istiqamətində təşkil olunan səfər zamanı ölkəmizin zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olub, xoş və unudulmaz anlar yaşayıb.

Səfər iştirakçıları ekskursiyanın yüksək səviyyədə təşkilinə görə ETİHİ Ağdam Rayon Komitəsinə səmimi təşəkkürlərini bildiriblər. Belə ekskursiyalar müəllimlərin səmərəli istirahətinə, kollektiv həmrəyliyinin güclənməsinə və xoş ünsiyyət mühitinin formalaşmasına mühüm töhfə verir.

ETİHİ Ağdam Rayon Komitəsi gələcəkdə də təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: