Xəbərlər
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən Rayon Təhsil Sektoru və ETİHİ Balakən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Mükafatlandırma mərasimi” çərçivəsində “Elm Zəfər” Olimpiadasının qalibləri, məktəblilər arasında Respublika Çempionatının badminton idman növü üzrə respublika birinciliyinin qalibləri,.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən Rayon Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva, ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov, həmçinin Balakən Rayon Təhsil Sektorunun əməkdaşları və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etmişdir.
Qaliblər ETİHİ Balakən Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur. İştirakçıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.






