Xəbərlər
Şəkidə “Şeirimizdə Bəxtiyar işığı" adlı tədbir keçirilib.

Şəki şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Şeirimizdə Bəxtiyar işığı" adlı tədbir keçirilib.
Məktəbin akt zalında təşkil olunmuş tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafız Pənahov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Deputat Vüqar İskəndərovun köməkçisi Anar Nağıyev,
Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, məktəbin pedaqoji kollektivi, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə peşə siniflərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, Vətənə, dilə və milli kimliyə bağlılığından bəhs edərək, onun zəngin irsinin gənc nəsillər üçün bir vətənpərvərlik məktəbi olduğunu vurğulayıblar.
Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
Qeyd edirk ki, tədbirlər Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının və Elm və Təhsil Nazirliyinin B.Vahabzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi məqsədi ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində keçirilir















