“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəkidə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

04/09/2025, 17:15
xeber1

Şəkidə 2024-2025-ci tədris ilində yüksək nəticə əldə edən məzunların mükafatlandırma mərasimi keçirilib.

 

Tədbirdə rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlar, həmçinin Respublika Fənn Olimpiadaları və beynəlxalq olimpiadalarda uğur qazanan şagirdlər mükafatlandırılıb.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüş Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki Rayon Komitəsi və Şəki rayonu üzrə Təhsil Sektorunun iştirakı ilə keçirilib.

 

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

 

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və digər çıxışçılar gənclərin nailiyyətlərini yüksək qiymətləndirib, onların ölkəmizin inkişafında mühüm rol oynayacaqlarını vurğulayıblar.

 

ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova isə çıxışında dövlətin təhsilə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib və ETİHİ-nin qısa müddət ərzində təhsil işçiləri və tələbələr üçün yaratdığı imkanlardan söz açıb. Tələbə adını qazanan gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, ölkə üzrə 700 bal toplayan cəmi iki nəfərdən biri Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxandır. O Azərbaycan Tibb Universitetinə qəbul olub.

 

Sonda yüksək nəticə göstərmiş 114 nəfər ETİHİ Şəki Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılıb. 

 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: