“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəkidə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

04/09/2026, 17:13
xeber1

Görüşdə Şəki Şəhər İcra Hakiminin müavini Xəyalə Töhrablı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev,Şəki rayon Ağsaqqallar Şurasının sədr müavini Elxan Abdullayev,şəhid anaları,məktəb direktorları,müəllimlər,valideynlər və məzunlar iştirak edib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edən “Heydər Əliyev və Azərbaycan təhsili” adlı videoçarx nümayiş olunub.


Daha sonra Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev “2025–2026-cı tədris ilinin yekunları” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda ötən tədris ilində Şəki rayonunda təhsil sahəsində əldə olunan nailiyyətlər, xüsusilə yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunların uğurları diqqətə çatdırılıb.


Çıxış edənlər Hafiz Pənahov, Sadiq Yusifov, Ziyafət Xasiyeva, şəhid anası Dursun Cavadova yüksək nəticə göstərən məzunları təbrik edib, onların qazandıqları uğurun müəllim, valideyn və şagird əməyinin birgə nəticəsi olduğunu vurğulayıb. Onlar gənclərə ali təhsil həyatında uğurlar arzulayıb və əldə etdikləri nəticələri gələcək fəaliyyətləri üçün möhkəm təməl kimi dəyərləndiriblər.

Daha sonra ən yüksək nəticə göstərən məzun Yasin Balacazadə çıxış edərək qazandığı uğur barədə fikirlərini bölüşüb, müəllimlərinə və valideynlərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Valideyn Xəyalə Əliyeva da çıxış edərək övladlarının uğurunda əməyi olan müəllimlərə və təhsil ictimaiyyətinə minnətdarlığını ifadə edib.


Tədbirin davamında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunların mükafatlandırılması mərasimi keçirilib.Məzunlara fəxri fərman,gül buketləri və hədiyyələr təqdim olunub.


Tədbir məktəblilərin ifasında rəngarəng musiqi və rəqs nömrələri ilə başa çatıb.


Qeyd edək ki,2025-2026-cı tədris ilində buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən Şəki rayonu üzrə 69 məzun 600-dən yuxarı bal toplayıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: