Xəbərlər
Şəkiyə maarifləndirici ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Lənbəran kənd körpələr evi–uşaq bağçası və Bərdə rayonu Mehdixanlı kənd körpələr evi-uşaq bağçası kollektivi üçün Şəki rayonuna bir günlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanışlığın təmin edilməsi olub.
Səfər çərçivəsində kollektiv Şəki rayonunun tarixi və mədəniyyət abidələrini ziyarət edib, şəhərin füsunkar təbiəti və turizm məkanları ilə tanış olub. Ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb, onlara həm istirahət etmək, həm də yeni bilik və təəssüratlar qazanmaq imkanı verib.
Tədbirin sonunda kollektiv üzvləri göstərilən diqqət və qayğıya, yüksək səviyyədə təşkil olunan ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.







