Xəbərlər
Şəkiyə maraqlı səfər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin dəstəyi ilə Şəkiyə maraqlı səfər təşkil olundu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin dəstəyi ilə Ağstafa rayonunun Yaradullu kənd tam orta məktəbində
çalışan bir qrup müəllim üçün qədim tarixə, zəngin mədəniyyətə və bənzərsiz təbiətə malik olan Şəki şəhərinə maarifləndirici və istirahət məqsədli səfər təşkil edildi.
Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ,ETİHİ Ağstafa Rayon Komitəsi nə dərin minnətdarlıqları bildirildi, müəllimlərin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənəvi dəyərlərinin zənginləşdirilməsi istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin əhəmiyyətini xüsusi vurğulandı.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi bundan sonra da həmkar üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onların istirahətinin təşkili və mədəni-maarifləndirici tədbirlərə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Bu cür səfərlər müəllimlərin əməyinə verilən dəyərin və onlara göstərilən diqqətin bariz nümunəsi olmaqla yanaşı, təhsil işçilərinin cəmiyyət həyatındakı mühüm roluna verilən yüksək qiymətin göstəricisidir.





