“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəkiyə səfər

03/08/2026, 10:43
xeber1

Ağstafa rayonu Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbinin müəllimləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin dəstəyi ilə Azərbaycanın qədim və zəngin tarixə malik şəhərlərindən biri olan Şəkiyə səfər ediblər.

Səfər çərçivəsində müəllimlər Şəkinin tarixi-mədəni irsi, gözəl təbiəti və qədim memarlıq nümunələri ilə tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər. Bu cür səfərlər təhsil işçilərinin həm istirahətinin təmin olunmasına, həm də kollektiv daxilində həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Səfər iştirakçıları onlara yaradılan yüksək səviyyəli şəraitdən məmnunluqlarını ifadə edərək bildiriblər ki, təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən belə layihələr hər bir müəllim və təhsil sahəsində çalışan əməkdaş üçün böyük motivasiya və yeni enerji mənbəyidir.

Müəllimlər göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə eləcə də, ETİHİ Ağstafa Rayon Komitəsi nin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, təhsil işçilərinin sosial rifahının, istirahətinin və asudə vaxtının səmərəli təşkilinə göstərilən diqqət onların əməyə bağlılığını, kollektiv ruhunu və peşə fəaliyyətinə motivasiyasını daha da artırır.

Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəbinin kollektivi yaradılan bu gözəl imkanlara görə bir daha təşəkkürünü bildirərək, gələcəkdə də belə layihələrin davam etdirilməsini arzulayıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: