Xəbərlər
Şəkiyə təşkil olunan səfər müəllimlərin marağına səbəb olub

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay şəhər 1 nömrəli tam orta məktəbin pedaqoji kollektivi üçün Şəki şəhərinə maarifləndirici və istirahət məqsədli ekskursiya təşkil olunub.
Səfər çərçivəsində müəllimlər Şəki şəhərinin zəngin tarixi-mədəni irsi, memarlıq abidələri və görməli məkanları ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılarına həm mənəvi istirahət, həm də tarixi-mədəni dəyərlərimizi daha yaxından öyrənmək imkanı yaradıb. Səfər boyunca kollektiv üzvləri xoş və səmimi anlar yaşayıb, həmkarlar arasında ünsiyyət və həmrəylik daha da möhkəmlənib.
Müəllimlər onlar üçün yaradılan bu gözəl şəraitə və göstərilən diqqətə görə ETİHİ Göyçay Rayon Komitəsinə səmimi minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, belə təşəbbüslər pedaqoqların asudə vaxtının səmərəli təşkili, motivasiyasının artırılması və kollektiv ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və həmkarlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.






