Xəbərlər
Şəkiyə yaddaqalan səfər
26/06/2026, 21:57

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayon Tatlı kənd tam orta məktəbinin bir qrup müəllimi Azərbaycanın ən füsunkar və qədim şəhərlərindən biri olan Şəkiyə yaddaqalan səfər etdilər. Zəngin tarixi, qədim memarlıq abidələri, özünəməxsus mədəni irsi və ecazkar təbiəti ilə seçilən Şəki şəhərinə edilən bu səfər müəllimlər üçün həm maarifləndirici, həm də mənəvi istirahət baxımından olduqca dəyərli olmuşdur.
Müəllimlər onlar üçün yaradılan hərtərəfli şəraitə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını bildirərək, bu cür sosial layihələrin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür etdilər.






