Xəbərlər
Şəki–Zaqatala bölgəsinə ekskursiya təşkil olunub.
02/06/2026, 09:59

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhər 1 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Şəki və Zaqatala rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiya iştirakçıları səfər çərçivəsində bölgənin tarixi-mədəni abidələri, təbiət mənzərələri və görməli məkanları ilə yaxından tanış olublar. Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyət və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
İştirakçılar ekskursiyanın yüksək səviyyədə təşkilinə görə öz təşəkkürlərini bildirərək, bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.



