“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sektor mühasibi Zivər xanımın 65 yaşı qeyd edildi

14/02/2026, 12:29
xeber1

Bu gün Ağsu Rayon Təhsil Sektoru üçün dəyərli insanlardan biri – əziz mühasibimiz Zivər xanımın 65 illik yubileyidir!

Sizin məsuliyyətli, dəqiq və vicdanlı fəaliyyətiniz uzun illərdir ki, təhsil sahəsində böyük töhfədir. Hər zaman işinizə sevgi və peşəkarlıqla yanaşmağınız, kollektivə göstərdiyiniz diqqət və qayğı Sizi hamımız üçün nümunə edib.

65 illik həyat yolunuz sağlamlıq, zəhmətkeşlik və hörmətlə dolu olub. Qoy bundan sonrakı illəriniz də sevinc, rahatlıq və ailə səadəti ilə keçsin. Sizə möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzulayırıq!

Sizi 65 illik yubleyiniz münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından da səmimi qəlbdən təbrik edir,fəaliyyətnizdə daim uğurlar arzulayırıq.

Ad gününüz mübarək, dəyərli Zivər xanım!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: