“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir təşkil olunub

28/01/2026, 11:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir təşkil olunub.

Tədbir məktəbin həmkarlar təşkilatının sədri Əmirova Afərim müəllimin təşəbbüsü ilə, ibtidai sinif müəllimi Əhmədova Kəmalə Cəlal qızının 65 yaş həddi münasibətilə keçirilib.

Tədbirdə ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri yeni tədris ilinə hazırlıq, həmkarlar təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Komitə sədri üzvləri maraqlandıran sualları cavablandırıb.

Tədbir zamanı məktəb kollektivi tərəfindən səmimi çıxışlar səsləndirilib, xoş arzular ifadə olunub. Əhmədova Kəmalə Cəlal qızı ona göstərilən diqqət və qayğıya görə kollektivə və həmkarlar ittifaqına minnətdarlığını bildirib.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən Əhmədova Kəmalə Cəlal qızına vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyi üçün fəxri fərmanla təltif edilib və xatirə hədiyyələri təqdim olunub, ona möhkəm can sağlığı və mənalı istirahət arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: