“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Səməd Vurğun yaradıcılığı

15/04/2026, 09:17
xeber1

Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 120-ci ildönümünə həsr olunmuş möhtəşəm tədbir keçirildi.

ETİHİ Ağstafa Rayon Komitəsi olaraq qonaq qismində iştirak etdik. Yüksək səviyyədə təşkil olunan bu tədbir öz məzmunu, zəngin proqramı və milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıdı.

Çıxışlar zamanı qeyd olundu ki, Səməd Vurğunun yaradıcılığı Azərbaycan dilinin gözəlliyini, səlistliyini və zənginliyini ən yüksək səviyyədə ifadə edir. Tədbir boyu Azərbaycan dilinə olan ehtiram məhz böyük şairin irsinə göstərilən hörmət kimi dəyərləndirildi və bu, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatının sədri, tələbələr və digər qonaqlar iştirak edərək öz fikirlərini bölüşdülər.

Belə tədbirlər həm ədəbi irsimizin yaşadılması, həm də gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm rol oynayır. Təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edir, bu cür təşəbbüslərin davamlı olmasını arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: