Xəbərlər
Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi qeyd edilib
14/05/2026, 15:43

ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan Həbib bəy Mahmudbəyov adına 2 №li Texniki-Humanitar Liseydə Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk təşkilat sədri Ellada Həziyevanın təqdimatında Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı böyük xidmətləri, həyatı bədii lövhələrlə canlandırılıb. Şairin yaradıcılığını əks etdirən “Vaqif” dramasından, “Anamın öyüdü” əsərindən və “Aygün” poemasından maraqlı səynəciklər nümayiş etdirilib.
Tədbirdə Abdulla Şaiq adına Mənzil Muzeyinin direktoru, şairin nəvəsi Ülkər Talıbzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin əməkdaşları və elmi işçilər iştirak edib.








