“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Səmimi təbrik və xoş sürpriz

12/03/2026, 11:29
xeber1

Göyçay şəhərində fəaliyyət göstərən Tofiq Şirinov adına 5 nömrəli uşaq bağçasında bu gün xoş və yaddaqalan anlar yaşandı. Bağçanın müdiri Teymurova Aynurə Ramiz qızının doğum günü münasibətilə kollektiv tərəfindən səmimi təbrik mərasimi təşkil olundu.


Bu münasibətlə ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi də bağçaya gələrək Aynurə xanımı doğum günü münasibətilə təbrik etdi. Hazırlanan qəfil sürpriz Aynurə xanım üçün gözlənilməz və çox xoş oldu. Bu diqqət və qayğı onu olduqca sevindirdi.


Təbrik zamanı kollektiv bir araya gələrək bağça müdirinə səmimi ürək sözlərini çatdırdı, onun rəhbərliyi altında görülən işlərdən, uşaqlara göstərilən diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, Aynurə xanımın zəhməti və məsuliyyətli fəaliyyəti kollektiv tərəfindən daim yüksək qiymətləndirilir.


Səmimi söhbətlər, xoş arzular və mehriban mühit bu günü daha da yaddaqalan etdi. Kollektiv üzvləri Aynurə xanıma möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni uğurlar və həyatında daim sevinc dolu günlər arzuladılar. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: