Xəbərlər
Şəmkir Rayon Təhsil Sektorunun qadın əməkdaşları 8 Mart münasibətilə təbrik olunub
06/03/2026, 20:43

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şəmkir Rayon Təhsil Sektorunun qadın əməkdaşları ilə görüş təşkil olunub.
Görüş zamanı qadınların cəmiyyətimizdə, xüsusilə də təhsil sahəsində oynadıqları mühüm rol, gənc nəslin yetişdirilməsində göstərdikləri fədakar və məsuliyyətli əməyin əhəmiyyəti vurğulanıb. Tədbirdə qadın əməkdaşlar bayram münasibətilə təbrik olunub, onlara gül dəstələri təqdim edilərək xoş arzular çatdırılıb.
Sonda xanımlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulanıb.








