Xəbərlər
Şəmkir rayonu Çinarlı qəsəbəsi 1 nömrəli körpələr evi-uşaq bağçasında İlk Həmkarlar Təşkilatına yeni sədr seçilib

Şəmkir rayonu Çinarlı qəsəbəsi 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş keçirilib. Görüş zamanı təhsil müəssisəsində həmkarlar ittifaqı fəaliyyətinin təşkili, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Kollektiv tərəfindən səsləndirilən təklif və təşəbbüslər diqqətlə dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Görüş çərçivəsində bağçanın İlk Həmkarlar təşkilatına yeni sədr seçkisi keçirilib. Səsvermənin nəticəsinə əsasən Heydərzadə Hicran Bayram qızı sədri seçilib.
İnanırıq ki, Heydərzadə Hicran Bayram qızı üzərinə düşən bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcək, kollektivin etimadını doğruldacaq, həmkarlar ittifaqının fəaliyyətinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Ona gələcək fəaliyyətində uğurlar, möhkəm iradə və yeni nailiyyətlər arzulayırıq!



