“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkir rayonu Çinarlı qəsəbəsi 2 nömrəli körpələr evi-uşaq bağçasında İlk Həmkarlar Təşkilatına yeni sədr seçilbi

24/02/2026, 12:14
xeber1

Şəmkir rayonu Çinarlı qəsəbəsi 2 nömrəli körpələr evi-uşaq bağçası kollektivinin iştirakı ilə görüş təşkil olunub. Toplantıda müəssisədə həmkarlar ittifaqı işinin daha səmərəli qurulması, əməkdaşların sosial təminatının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi və qarşıdakı dövr üçün prioritet məsələlər geniş şəkildə müzakirə edilib. İşçilər tərəfindən irəli sürülən rəy və təkliflər diqqətlə nəzərdən keçirilib, gələcək fəaliyyət planı üzrə əsas istiqamətlər müəyyənləşdirilib.


Görüş çərçivəsində bağçanın İlk Həmkarlar Təşkilatında sədr seçkisi də baş tutub. Keçirilən səsvermənin yekunlarına əsasən Əsədova Yeganə Dilqəm qızı təşkilatın sədri vəzifəsinə seçilib.


Əminik ki, Əsədova Yeganə Dilqəm qızı göstərilən etimadı doğruldacaq, ona həvalə olunan məsuliyyətli vəzifəni uğurla icra edəcək, kollektivin maraqlarının qorunması və həmkarlar ittifaqı fəaliyyətinin daha da inkişafı istiqamətində fəal rol oynayacaqdır. Ona fəaliyyətində uğurlar, möhkəm qətiyyət və yeni nailiyyətlər arzulayırıq!

Sosial şəbəkələrdə paylaş: