Xəbərlər
Şəmkir rayonu Qarabağlar kənd körpələr evi–uşaq bağçasında İlk Həmkarlar Təşkilatına yeni sədr seçilib

Şəmkir rayonu Qarabağlar kənd körpələr evi–uşaq bağçasının kollektivi ilə görüş təşkil olunub. Görüşdə həmkarlar təşkilatının fəaliyyəti, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və qarşıda görüləcək işlər barədə söhbət aparılıb. İşçilərin səsləndirdiyi təkliflər dinlənilib və gələcək planlar müəyyən edilib.
Toplantı zamanı İlk Həmkarlar Təşkilatına sədr seçkisi keçirilib. Səsvermənin nəticəsinə əsasən Qurbanova Gülnarə Oruc qızı sədr seçilib.
Ümid edirik ki, Qurbanova Gülnarə Oruc qızı bu vəzifəni uğurla yerinə yetirəcək, kollektivin etimadını doğruldacaq və təşkilatın fəaliyyətinə öz töhfəsini verəcəkdir. Ona gələcək işlərində uğurlar arzulayırıq.



