Xəbərlər
Şəmkir rayonu Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbində İlk Həmkarlar Təşkilatına yeni sədr seçilib.

Şəmkir rayonu Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş təşkil olunub. Görüşdə həmkarlar təşkilatının fəaliyyəti, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və qarşıda görüləcək işlər barədə söhbət aparılıb. İşçilərin səsləndirdiyi təkliflər dinlənilib və gələcək planlar müəyyən edilib.
Toplantı zamanı İlk Həmkarlar Təşkilatına sədr seçkisi keçirilib. Səsvermənin nəticəsinə əsasən Məmmədova Rəfiqə İlham qızı sədr seçilib.
Ümid edirik ki, Məmmədova Rəfiqə İlham qızı bu vəzifəni uğurla yerinə yetirəcək, kollektivin etimadını doğruldacaq və təşkilatın fəaliyyətinə öz töhfəsini verəcəkdir. Ona gələcək işlərində uğurlar arzulayırıq.



