Xəbərlər
Şəmkir rayonu Sərdar Məmmədov adına Çaparlı kənd tam orta ümumtəhsil məktəbində İlk Həmkarlar Təşkilatına yeni sədr seçilib.

Məktəbin pedaqoji və texniki heyəti ilə keçirilən görüşdə həmkarlar təşkilatının fəaliyyəti, əməkdaşların sosial rifahının artırılması, əmək hüquqlarının müdafiəsi və qarşıdakı fəaliyyət istiqamətləri müzakirə olunub. İştirakçıların irəli sürdüyü təkliflər diqqətlə dinlənilib və gələcək fəaliyyət planı üzrə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində İlk Həmkarlar Təşkilatına sədr seçkisi baş tutub. Səsvermənin yekun nəticələrinə əsasən Hüseynova Vəfa Xudaverdi qızı bu vəzifəyə seçilib.
İnanırıq ki, Hüseynova Vəfa Xudaverdi qızı göstərilən etimadı doğruldacaq, kollektivin maraqlarını layiqincə təmsil edəcək və təşkilatın fəaliyyətinə dəyərli töhfələr verəcəkdir. Ona gələcək fəaliyyətində uğurlar arzu edirik.



