Xəbərlər
Şəmkir rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibinin 65 illik yubileyi qeyd olunub
17/07/2026, 16:32

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə Şəmkir rayonu üzrə Təhsil Sektorunun kollektivi ilə görüş keçirilib.
Görüş çərçivəsində 65 illik yubleyi münasibəti ilə Şəmkir rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi Məhərrəmova Fatma Abbas qızı təbrik olunub, ona uzunillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi tərəfindən Təşəkkürnamə, gül buketi və hədiyyə təqdim olunub, möhkəm cansağlığı, ailə səadəti və ömürünün bundan sonrakı dövründə xoş, firavan günlər arzulanıb.





