“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkir şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində İlk Həmkarlar Təşkilatına yeni sədr seçilib.

29/04/2026, 17:29
xeber1

Şəmkir şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş təşkil olunub. Görüşdə həmkarlar təşkilatının fəaliyyəti, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və qarşıda görüləcək işlər barədə söhbət aparılıb. İşçilərin səsləndirdiyi təkliflər dinlənilib və gələcək planlar müəyyən edilib.


Toplantı zamanı İlk Həmkarlar Təşkilatına sədr seçkisi keçirilib. Səsvermənin nəticəsinə əsasən Qarazadə Elmar Məharət sədr seçilib.


Ümid edirik ki, Qarazadə Elmar Məharət oğlu bu vəzifəni uğurla yerinə yetirəcək, kollektivin etimadını doğruldacaq və təşkilatın fəaliyyətinə öz töhfəsini verəcəkdir. Ona gələcək işlərində uğurlar arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: