“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkir şəhəri Nəriman Nərimanov adına tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar Təşkilatında yeni sədr seçilib.

02/04/2026, 11:37
xeber1

Şəmkir şəhəri Nəriman Nərimanov adına tam orta ümumtəhsil məktəbinin kollektivi ilə keçirilən görüş zamanı həmkarlar təşkilatının fəaliyyəti, əməkdaşların sosial rifahının yüksəldilməsi, əmək hüquqlarının müdafiəsi və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib. Tədbirdə iştirak edən işçilərin fikir və təklifləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri üzrə mühüm qərarlar qəbul olunub. Yığıncaq çərçivəsində İlk Həmkarlar Təşkilatına sədr seçkisi baş tutub. Keçirilən səsvermənin nəticələrinə əsasən Rüstəmli Dilarə Ramiz qızı təşkilatın yeni sədri seçilib. İnanırıq ki, Rüstəmli Dilarə Ramiz qızı göstərilən etimadı layiqincə doğruldacaq, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə töhfə verəcək və kollektivin maraqlarını uğurla təmsil edəcəkdir. Ona yeni fəaliyyətində uğurlar arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: