“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkir təhsil işçiləri üçün ekskursiya təşkil olunub.

29/05/2026, 17:23
xeber1

29 may 2026-cı il tarixində Şəmkir rayonu İsrafil Məmmədov adına Qapanlı kənd tam orta ümumtəhsil məktəbinin təhsil işçiləri üçün Qarabağ İqtisadi zonasına 1 günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, həmçinin Qarabağın tarixi və mədəni irsi ilə yaxından tanış olmaları olub. Səfər iştirakçıları bölgənin bir sıra görməli məkanlarını ziyarət edərək, burada aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə tanış olublar.

Ekskursiyada iştirak edən təhsil işçiləri üçün bu gün xoş və unudulmaz anlarla yadda qalıb. Onlar göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ ailəsinə təşəkkürlərini bildiriblər.

 

#AHİK

#ETİHİ

#ETİHİŞəmkirRayonKomitəsi

#Təhsilİşçiləri

#Qarabağzonasi

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: