Xəbərlər
Şəmkir təhsil işçiləri üçün ekskursiya təşkil olunub.

31 may 2026-cı il tarixində, Şəmkir rayonu Rizvan Pirnəzərov adına Çənlibel kənd tam orta ümumtəhsil məktəbinin təhsil işçiləri üçün Qarabağ İqtisadi zonasına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi pedaqoji kollektivin asudə vaxtının səmərəli təşkili, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri ilə yaxından tanışlıq olmuşdur. Səfər iştirakçıları azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma prosesini böyük qürur hissi ilə izləyərək ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı mühüm uğurların şahidi olmuşlar. Müasir infrastruktur layihələri, yenidən qurulan yaşayış məntəqələri, abadlaşdırılan ərazilər və həyata keçirilən genişmiqyaslı tikinti işləri kollektiv üzvlərində dərin təəssürat yaratmışdır.
Ekskursiyada iştirak edən təhsil işçiləri üçün bu gün xoş və unudulmaz anlarla yadda qalıb. Onlar göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ ailəsinə təşəkkürlərini bildiriblər.
#Qarabağzonasi













