“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkir təhsil işçiləri üçün həftəsonu istirahət turu

25/10/2026, 11:05
xeber1

24–25 oktyabr 2026-cı il tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə iki günlük turu təşkil olunub.

 

Gözəl təbiət, səmimi ünsiyyət, xoş söhbətlər və birgə istirahət müəllimlərimizə unudulmaz anlar bəxş edib. Gündəlik iş qayğılarından uzaqlaşan təhsil işçiləri həm dincəlib, həm də xoş xatirələrlə dolu iki gün keçiriblər.

 

İstirahət iştirakçıları yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə səfərin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

 

Müəllimlərimizin üzündə təbəssüm, qəlbində sevinc görmək bizim üçün ən böyük məmnunluqdur!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: