Xəbərlər
Şəmkir təhsil işçilərinin Qubaya istirahət səfəri!

08–10 noyabr tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi tərəfindən Quba rayonunun “Nazlı Bulaq” istirahət mərkəzinə 3 günlük səfər təşkil olunub.
Səfər boyunca müəllimlərimiz üçün rahat istirahət, maraqlı fəaliyyətlər və asudə vaxtın səmərəli təşkili üçün bütün şərait yaradılıb. İştirakçılar günlərini xoş və yaddaqalan anlarla keçiriblər. Təhsil işçilərimiz göstərilən diqqət və qayğıya görə öz məmnunluqlarını ifadə edərək, bu istirahətin onlarda çox xoş təəssürat yaratdığını bildiriblər.
Bu münasibətlə iştirakçılar göstərilən dəstək və qayğıya görə AHİK sədri cənab Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz təşəkkürlərini bildiriblər.
Müəllimlərimizin rifahı üçün çalışmaqdan qürur duyuruq!














