“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib

15/10/2026, 11:41
xeber1

Şəmkir rayonunda 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə vətənpərvərlik ruhunda tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, eləcə də məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.


Çıxışlar zamanı 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyətindən, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən, milli iradəsindən və sarsılmaz əzmkarlığından bəhs olunub.


Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunub saxlanılması və ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətlər xüsusi vurğulanıb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onun zəngin dövlətçilik irsinin və ideyalarının gələcək nəsillər üçün əvəzsiz mənəvi dəyər daşıdığı qeyd olunub.


Bildirilib ki, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Bu gün müstəqil, suveren və güclü Azərbaycan dövlətinin inkişafı xalqımızın birliyinin, milli həmrəyliyinin və Vətənə bağlılığının bariz nümunəsidir.


Tədbirdə gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsinin vacibliyi də vurğulanıb.


Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, Azərbaycanımız daim var olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: