Xəbərlər
Şəmkirdə 2 Fevral – Gənclər Günü münasibətilə fəal gənc İttifaq Üzvləri təltif olunub!
06/02/2026, 14:46

Şəmkirdə 2 Fevral – Gənclər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin dəstəyi və Şəmkir Rayonu Üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə bir sıra gənc ittifaq üzvlərinin Səmərəli fəaliyyətinə və 2 fevral Gənclər Günü münasibətilə təltif olunması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə təhsilin inkişafında fəallığı və nümunəvi fəaliyyəti ilə seçilən gənclərə Təşəkkürnamə və hədiyyə təltif olunmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.
Bu əlamətdar gün münasibətilə bütün gəncləri səmimi-qəlbdən təbrik edir, daim bilikli, təşəbbüskar və uğurlu olmalarını arzulayırıq.










