“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə 27 Sentyabr – Anım Günü qeyd olunub

27/09/2026, 15:33
xeber1

Şəmkir rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.


Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları tərəfindən şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.


Saat 12:00-da Anım Günü ilə əlaqədar rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin səs siqnalları ilə ehtiram ifadə edilib.


Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: