“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı maarifləndirici tədbir keçirilib

28/04/2026, 14:29
xeber1

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində maarifləndirici xarakterli tədbir təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.


Tədbir çərçivəsində əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsiz və sağlam iş mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib.


Çıxış edənlər qeyd ediblər ki, əməyin mühafizəsi yalnız iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunması ilə məhdudlaşmır. Bu anlayış həm də əməkdaşların sağlamlığının qorunmasını, onların təhlükəsiz, rahat və səmərəli şəraitdə fəaliyyət göstərməsinin təmin edilməsini özündə ehtiva edir.


Həmçinin vurğulanıb ki, sağlam və təhlükəsiz əmək mühiti görülən işin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, kollektivin motivasiyasını artırır və ümumi fəaliyyətin səmərəliliyini yüksəldir.


Maarifləndirici görüşlərin əsas məqsədi əmək mühafizəsi sahəsində bilik və məlumatlılığın artırılması, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və təhsil müəssisələrində sağlam iş mühitinin təşviqinə töhfə verməkdən ibarət olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: