“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

05/10/2026, 20:16
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.


Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, ETİHİ Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və təhsil işçiləri iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Rəşad Tağıyev təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, müəllim əməyinin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, ölkədə təhsilin inkişafına, təhsil infrastrukturunun müasirləşdirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə göstərilən dövlət diqqətindən bəhs edib.

 

Vüqar Dadaşov çıxışında təhsilin keyfiyyətinin yüksəldilməsində müəllim amilinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, müəllimlərin peşəkarlığının və davamlı inkişafının təhsilalanların nəticələrinə birbaşa təsir etdiyini qeyd edərək, fərqlənən müəllimləri təbrik edib.

 

YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev müəllim əməyinin gənc nəslin mənəvi-intellektual inkişafındakı rolundan bəhs edib.

 

Amin Alıyev isə təhsil işçilərini təbrik edərək, müəllim əməyinə göstərilən diqqət və yüksək dəyərin onları daha böyük uğurlara ruhlandırdığını vurğulayıb. O, təhsil işçilərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

 

Çıxışlarda müəllimlik peşəsinin cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin formalaşmasında müstəsna rolu vurğulanıb.

 

Tədbirin sonunda səmərəli pedaqoji fəaliyyətinə, təhsil sahəsində göstərdiyi xidmətlərə və peşəkar fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə fərqlənən təhsil işçiləri Təşəkkürnamə, gül dəstələri və hədiyyələrlə təltif olunublar.

 

Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, bundan sonra da şərəfli müəllimlik missiyasını böyük məsuliyyət və əzmlə davam etdirəcəklərini qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: