Xəbərlər
Şəmkirdə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir rayon təhsil sektoru və ETİHİ Şəmkir rayon komitəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl məktəblilərin Vətənə, dövlətçilik dəyərlərinə və şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəmkir şəhidlərinin qəhrəmanlıq yolu ehtiramla xatırlanıb.
Şəhid ailələrinin üzvləri çıxış edərək övladlarının Vətənə sədaqətindən və döyüş yolundan bəhs ediblər. Tədbirin sonunda məktəblilərin ifasında Vətənə məhəbbət, dövlətçilik və qəhrəmanlıq mövzularında bədii kompozisiyalar təqdim olunub.
#QazaxTovuzRTİ #EduAz #MÜTDA #AnımGünü






















