“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib!

10/11/2025, 00:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkr rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində çalışan işçilər iştirak ediblər.

Çıxışlarda üçrəngli bayrağımızın tarixi, azadlıq və dövlətçilik rəmzi kimi əhəmiyyəti, həmçinin Ali Baş Komandan, Müzəffər Ordumuzun şanlı Zəfərində rolu və rəhbərliyinin əhəmiyyəti xüsusi vurğulanıb.


Tədbir çərçivəsində iştirakçılara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi tərəfindən Dövlət Bayraqları hədiyyə olunub.

Bu bayraq bizim qürurumuzdur — birliyimizin, azadlığımızın və müstəqil Azərbaycanın simvoludur!


İştirakçılar bu kimi maarifləndirici tədbirlərin təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və əziyyəti keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.


Yaşa, Azərbaycan! Yaşa, üçrəngli bayrağımız!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: