Xəbərlər
Şəmkirdə həmkarlar ittifaqı üzvlərinə Novruz hədiyyələri təqdim olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinə üzv olan 131 təhsil müəssisəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Novruz bayramı münasibətilə göndərilmiş hədiyyələr təqdim olunub.
Təqdimat zamanı İlk Həmkarlar İttifaqı sədrləri bayram günlərində onların yada salınmasına və göstərilən qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.
Vurğulanıb ki, təhsil işçilərinin bayram və əlamətdar tarixləri xüsusi diqqət mərkəzində saxlanılır, həmkarlar ittifaqı üzvlərinə davamlı olaraq dəstək göstərilir. Bu yanaşma təhsil işçilərinə olan hörmət və dəyərin açıq ifadəsidir.
























