“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

17/06/2026, 18:47
xeber1

15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil işçilərinin iştirakı ilə təntənəli tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq qeyd ediblər ki, məhz Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, Azərbaycanın inkişaf və tərəqqi yolunun əsasını qoyub.


Eyni zamanda, 26 İyun – Silahlı Qüvvələr Gününün əhəmiyyətindən bəhs olunaraq Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan danışılıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Vurğulanıb ki, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad edib və ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılan şanlı səhifə yaradıb.


Sonda tədbir iştirakçıları Azərbaycan Ordusunun şəxsi heyətini, müharibə veteranlarını və bütün xalqımızı qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, ölkəmizə davamlı inkişaf, ordumuza yeni nailiyyətlər və parlaq zəfərlər arzulayaraq, təbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: