“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə müəllimlər arasında bilik yarışı keçirilib

29/04/2026, 12:35
xeber1

29 aprel tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi ilə Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşəbbüsü əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bilik yarışı təşkil olunub.


 Yarış Şəmkir şəhərində yerləşən Məhəmməd Füzuli adına məktəb-liseydə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu, daha sonra şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Yarış çərçivəsində iştirak edən təhsil işçiləri Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti və milli dövlətçilik tariximizdə oynadığı mühüm rol haqqında sualları cavablandıraraq bilik və dünyagörüşlərini ortaya qoyublar. Bu yarış onlar üçün təkcə intellektual sınaq deyil, eyni zamanda mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli bir təcrübə kimi yadda qalıb. Komandalar arasında yaşanan maraqlı və gərgin mübarizə bilik səviyyəsi ilə yanaşı, qarşılıqlı dəstək, dostluq münasibətləri və kollektiv ruhun güclənməsinə də şərait yaradıb.


Yekun nəticələr:

🥇 I yer – “Sücaət” komandası

🥈 II yer – “Çənlibel” komandası

🥉 III yer – “Zəfər” komandası


Qalib komandalar fəxri fərmanlar və dəyərli hədiyyələrlə mükafatlandırıldı. Yarış iştirakçıları belə təşəbbüslərin müəllimlərin həm peşəkar, həm də mənəvi inkişafına mühüm təsir göstərdiyini vurğulayaraq təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: