Xəbərlər
Şəmkirdə qadın təhsil işçilərinin iştirakı ilə voleybol turniri təşkil olunub

16 mart tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş, yalnız qadın təhsil işçiləri arasında voleybol yarışı keçirilib.
Turnir Məhəmməd Füzuli adına məktəb-liseyin idman zalında baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər xüsusilə vurğulayıblar ki, qadın təhsil işçilərinin belə idman yarışlarında fəal iştirakı onların sağlam həyat tərzinin təşviqi, kollektiv ruhun gücləndirilməsi və həmkarlar arasında daha sıx münasibətlərin formalaşmasına mühüm töhfə verir.
Maraqlı və gərgin keçən oyunların nəticəsinə əsasən:
🥇 I yer – Qarabağ komandası
🥈 II yer – Zəfər komandası
🥉 III yer – Bahar komandası.
Qalib komandalar kubok, Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.
İştirakçı qadın müəllimlər bu cür yarışların davamlı keçirilməsinin vacibliyini qeyd edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Turnir qadın təhsil işçiləri üçün həm sağlam rəqabət mühiti yaradıb, həm də birlik və motivasiya baxımından yaddaqalan günə çevrilib.










