“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə təhsil işçiləri arasında Basketbol turniri təşkil olunub

04/03/2026, 11:17
xeber1

3 mart tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşəbbüsü ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş Basketbol turniri keçirilib.

Yarış Şəmkir şəhər Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin idman zalında baş tutub. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, belə idman tədbirləri müəllimlərin sağlam həyat tərzinin təşviqinə xidmət etməklə yanaşı, onların çevikliyinin və komanda ruhunun güclənməsinə də müsbət təsir göstərir. Eyni zamanda, bu cür yarışlar kollektiv arasında həmrəyliyin, qarşılıqlı hörmətin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.


Turnirin yekun nəticələrinə əsasən:

🥇 I yer – “MURAV” komandası

🥈 II yer – “YASAMAL” komandası

🥉 III yer – “DƏMİR YUMRUQ” komandası


Qaliblər Kubok, Fəxri Fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. İştirakçılar yarışın yüksək təşkilatçılıq səviyyəsində keçirildiyini vurğulayıb, gələcəkdə də bu formatda idman tədbirlərinin davamlı olmasının vacibliyini qeyd ediblər.

Ümumilikdə, Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan Basketbol turniri təhsil işçiləri üçün həm sağlam rəqabət mühiti, həm də yüksək motivasiya mənbəyi kimi yadda qalıb və növbəti idman layihələrinə marağı daha da artırıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: