“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə təhsil işçiləri arasında dama yarışı keçirilib

13/04/2026, 14:27
xeber1

Aprelin 13-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi ilə Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşəbbüsü əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dama yarışı təşkil edilib.


Şəmkir rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirin əsas məqsədi Ulu Öndərin təhsilə və gənclərin hərtərəfli inkişafına verdiyi önəmi təbliğ etmək, eyni zamanda təhsil işçiləri arasında sağlam rəqabət mühitini gücləndirmək və kollektiv əməkdaşlığı inkişaf etdirmək olub.


Tədbirdə ETİHİ Şəmkir Rayon Komitəsinin sədri, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri və rayonun müxtəlif təhsil müəssisələrində çalışan işçilər iştirak ediblər. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Çıxış edənlər bu cür idman yarışlarının təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqinə, kollektiv münasibətlərin möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Yarış boyu iştirakçılar gərgin və maraqlı mübarizə apararaq yüksək oyun bacarıqları nümayiş etdiriblər.


Turnirin nəticələrinə əsasən:

🥇 I yer – Məmmədov Eldəniz Tofiq oğlu - Şəmkir rayonu Etibar Həsənov adına Çinarlı qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru

🥈 II yer – Məmmədov Coşqun Famil oğlu - Şəmkir rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin müəllimi

🥉 III yer – Xuduyev Qasım Cəmil oğlu - Şəmkir rayonu Rizvan Pirnəzərov adına Çənlibel kənd tam orta ümumtəhsil məktəbinin müəllimi


Qaliblər ETİHİ Şəmkir Rayon Komitəsi tərəfindən kubok, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Sonda iştirakçılar bu cür tədbirlərin həm fiziki və zehni inkişaf baxımından, həm də kollektiv əlaqələrin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli rol oynadığını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: