“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə təhsil işçiləri arasında futzal yarışı təşkil olunub

09/04/2026, 17:56
xeber1

Aprelin 9-da Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi ilə Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş futzal yarışı baş tutub.


Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbində keçirilən turnirin əsas məqsədi Ulu Öndərin təhsilə və gənclərin hərtərəfli inkişafına verdiyi dəyəri təbliğ etmək, eyni zamanda təhsil işçiləri arasında sağlam rəqabəti və komanda əməkdaşlığını gücləndirmək olub.


Tədbirdə ETİHİ Şəmkir Rayon Komitəsinin əməkdaşları və rayonun müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərən işçilər iştirak ediblər. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla bir dəqiqəlik sükutla yad edilib.


Çıxış edənlər bu tip idman yarışlarının təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqinə, kollektiv münasibətlərin möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar.

Yarış boyu komandalar gərgin və maraqlı mübarizə apararaq öz fiziki hazırlıq və oyun bacarıqlarını nümayiş etdiriblər.


Turnirin nəticələrinə əsasən:

🥇 I yer – Dəmir yumruq komandası

🥈 II yer – Qarabağ komandası

🥉 III yer – Zəfər komandası


Qaliblər ETİHİ Şəmkir Rayon Komitəsi tərəfindən kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Sonda iştirakçılar bu cür yarışların həm fiziki sağlamlığın qorunmasına, həm də kollektiv əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: