“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə təhsil işçiləri arasında voleybol turniri keçirilib

26/02/2026, 23:20
xeber1

25 fevral tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol turniri təşkil edildi.

Yarış Məhəmməd Füzuli adına məktəb-liseyin idman zalında baş tutdu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu, daha sonra şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən natiqlər bu cür idman yarışlarının təhsil işçilərinin fiziki sağlamlığının möhkəmləndirilməsində, komanda ruhunun gücləndirilməsində və həmkarlar arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğuladılar.

Rəqabətli və maraqlı mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən:

🥇 I yer – Zəfər komandası

🥈 II yer – Şəmkir komandası

🥉 III yer – Uğur komandası

Qalib komandalara kubok, Fəxri Fərman və dəyərli hədiyyələr təqdim olundu. İştirakçılar belə yarışların ənənə halını almasının vacibliyini qeyd edərək təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Turnir təhsil işçiləri üçün həm sağlam rəqabət mühiti yaratdı, həm də mənəvi birlik və motivasiya baxımından yaddaqalan bir gün kimi yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: