“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə təhsil işçilərinin 65 illik yubileyi qeyd olunub

21/05/2026, 21:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə Şəmkir rayonu Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş keçirilib.


Tədbirdə Komitənin əməkdaşları, məktəb rəhbərliyi və təhsil işçiləri iştirak ediblər. Çıxışlar zamanı müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu və həmkarlar birliyinin əhəmiyyəti vurğulanıb.


Görüş çərçivəsində 65 illik yubileylərini qeyd edən təhsil işçiləri təbrik olunub, onların uzunillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi tərəfindən Təşəkkürnamə, gül buketləri və hədiyyələr təqdim olunub.


Sonda iştirakçılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə ediblər.


Əziz təhsil işçiləri, sizə möhkəm can sağlığı, xoşbəxt həyat və əməyinizin hər zaman yüksək qiymətləndirildiyi bir ömür arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: