Xəbərlər
Şəmkirdə Təhsil İşçiləri arasında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib!

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi təşkilatçılığı ilə təhsil işçiləri üçün bayram tədbiri təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər ilk öncə gəncləri 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, onlara can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbir iştirakçılar tərəfindən AHİK və ETİHİ Respublika Komitəsinə gənclərə göstərilən diqqət və qayğıya, bu istiqamətdə yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda ictimai işlərdə fəallıq göstərən bir neçə ittifaq üzvü Təşəkkürnamə və hədiyyə ilə təltif olunub. Tədbir xoş əhval-ruhiyyə və unudulmaz anlarla yadda qaldı. Maraqlı oyunlar təşkil edildi və musiqili rəqslərlə davam etdirildi.


































