Xəbərlər
Şəmkirdə Təhsil İşçiləri üçün bayram tədbiri keçirilib!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil işçiləri üçün bayram tədbiri təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bu əlamətdar günlərin birlik və həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq, təhsil işçilərini bayram münasibətilə təbrik edib, onlara can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Bayram tədbiri iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və xoş ovqat yaradıb.
Təbdirdə maraqlı oyunlar təşkil edildi və musiqili rəqslərlə davam etdirildi.



