“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26/02/2026, 16:15
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayon Sektorunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biri olduğunu vurğulayaraq, bu dəhşətli hadisənin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Xocalı qurbanlarının xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur.

Tədbir çərçivəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş etdirilib. Şagirdlərin hazırladığı çıxışlar iştirakçılar tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.

Sonda Şagirdlər arasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş inşa müsabiqəsində fərqlənən şagird və həmin şagirdlərin müəllimləri ETİHİ Şəmkir Rayon Komitəsi və Şəmkir rayon Təhsil Sektoru tərəfindən Fəxri Fərman və Təşəkkürnamə ilə təltif ediliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: