Xəbərlər
Şəmkirdə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib
Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün bayram tədbiri təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bu əlamətdar günlərin birlik və həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq, təhsil işçilərini bayram münasibətilə təbrik edib, onlara can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıblar.
Bayram tədbiri yüksək əhval-ruhiyyə və unudulmaz anlarla yadda qalıb. Təhsil sahəsində fərqlənən, pedaqoji fəaliyyətlərində uğur qazanan bir sıra təhsil işçiləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.



